“X” sosial şəbəkəsində istifadəçilərin məxfilik hüquqlarının pozulması ilə bağlı şikayətlərini artıq Azərbaycan dilində də təqdim etmək mümkündür.
“X” sosial şəbəkəsində istifadəçilərin məxfilik hüquqlarının pozulması ilə bağlı şikayətlərini artıq Azərbaycan dilində də təqdim etmək mümkündür.
Platformanın Yardım Mərkəzində yerləşən “Məxfilik pozuntuları olan məzmunu şikayət edin” bölməsinə Azərbaycan dili seçimi əlavə olunub. Bu yenilik istifadəçilərə problemin mahiyyətini və şikayətin əsasını ana dillərində daha aydın şəkildə izah etmək şansı yaradır.
Müraciət etmək istəyən şəxslər formada öz ad və soyadlarını, “X” platformasındakı istifadəçi adlarını, həmçinin əlaqə üçün elektron poçt ünvanlarını qeyd etməlidirlər. Bu məlumatlar sorğunun araşdırılması üçün zəruridir.
Belə addımın əsas hədəfi istifadəçilərin şəxsi məlumatlarının qorunması sahəsindəki hüquqlarını təmin etmək, eyni zamanda onların müvafiq müraciət kanallarına çıxışını asanlaşdırmaqdır.