Son xəbər: Tramp Zelenskini Moskvaya səfərə çağırıb
Zərdab rayonunda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan sürücü müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Zərdab rayonunda iki gün əvvəl yol qəzasında ağır xəsarət alan sürücü müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə sentyabrın 23-də baş verib. Allahqulubağı kənd sakini, 1991-ci il təvəllüdlü Ülvi Azərinin idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili Zərdab rayonu ərazisində idarəolunmazlıq nəticəsində yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq təcili xəstəxanaya yerləşdirilib. İki gün sonra isə o, aldığı xəsarətlərdən müalicə zamanı həyatını itirib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.