Bilgəhdə batan tələbə Aviasiya Akademiyasında oxuyurmuş
21 sen 2026 Post redaksiyası 8 1 dəq

Bilgəhdə batan tələbə Aviasiya Akademiyasında oxuyurmuş

Sentyabrın 19-da Bakının Sabunçu rayonundakı Bilgəh qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan iki nəfərdən birinin Milli Aviasiya Akademiyasının tələbəsi olduğu bəlli olub.

Sentyabrın 19-da Bakı şəhərinin Sabunçu rayonuna aid Bilgəh qəsəbəsində dənizdə iki nəfər həyatını itirib. Faciə həmin gün çimərliyə üç ayrı dost qrupunun getdiyi zaman baş verib.

Qruplardan birinə daxil olan Elmin Əmrəliyev və Əlipaşa Əlizadə adlı gənclər dənizə girdikdən sonra sudan çıxmayıblar. Onların batdığının şahidi olan yoldaşları isə dərhal müvafiq qurumlara xəbər verib.

Bərdəli gənc yataqxanada qalırdı

Məlum olub ki, batan gənclərdən biri Bərdə rayonundandır. Yaxınlarının bildirdiyinə görə, hər iki gənc bir həftə idi ki, eyni yataqxanada birgə yaşayırmış.

Digər uşaq üzə bilmədiyi üçün kənarda qalıb. Onlardan biri Milli Aviasiya Akademiyasının ikinci kur tələbəsi idi.

Beləliklə, faciədə həlak olanlardan birinin Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi olduğu təsdiqlənib. Üçüncü dost isə üzməyi bacarmadığı üçün sahildə qalaraq hadisəni izləyib.