Mingəçevirdə iki supermarket işçisi arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaq xəsarəti alaraq tibb müəssisəsinə çatdırılıb.
Aparılan araşdırma zamanı hadisəni törətdiyi ehtimal olunan şəxs müəyyən edilib. Oğuz rayon sakini, 2003-cü il təvəllüdlü Novruz Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, hadisədə iştirak edən hər iki şəxs eyni supermarketdə çalışan işçilərdir. Onlar əvvəlcə kafedə birgə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb və bu mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.