Bakı Metropoliteni QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə qərarına əsasən, 23 sentyabr 2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müəyyən müddət ərzində ödənişsiz olacaq.
Bakı Metropoliteni QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişinlərə əlavə hərəkət imkanları yaratmaq və nəqliyyat axınını daha rahat təşkil etmək məqsədilə 23 sentyabr 2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz ediləcək.
Bu addım Sumqayıt və Xırdalan şəhərlərindən, Bakı–Şamaxı yolu boyunca yerləşən qəsəbələrdən, həmçinin Abşeron və Qaradağ rayonlarının müxtəlif ərazilərindən gələn sərnişinlərə şərait yaradacaq. Onlar artıq “Şamaxinka” və “20 Yanvar” ərazilərindən keçmədən birbaşa metroya daxil ola biləcəklər.
“Xocəsən” və ya “Avtovağzal” stansiyasından metroya daxil olan sərnişinlər aşağıdakı stansiyalara qədər ödəniş etmədən səyahət edə biləcəklər:
Mərkəzləşdirilmiş nəqliyyat idarəçiliyi çərçivəsində aparılan araşdırmalar və sosial-iqtisadi qiymətləndirmələr nəticəsində bəzi zəruri istiqamətlərdə fəaliyyət göstərən avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi planlaşdırılır.
Görülən bu tədbirlərin Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında əlavə və rahat əlaqə imkanları yaratması gözlənilir. Məqsəd sərnişinlərin vaxt itkisini və maliyyə xərclərini azaltmaqdır.
Beləliklə, xətlərin ayrılması işləri davam etdiyi müddətdə sərnişin axınlarının daha düzgün bölüşdürülməsi, şəhərə giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin yaxşılaşdırılması və əlavə marşrut variantlarının təklif edilməsi təmin olunacaq.