Yevlaxın Aran qəsəbəsində su kanalından 53 yaşlı kişinin meyiti aşkar edilib.
Yevlaxda su kanalından 53 yaşlı kişinin cansız bədəni tapılıb. Hadisə Aran qəsəbəsi ərazisində baş verib.
1973-cü il təvəllüdlü Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbədən keçən su kanalında aşkarlanıb.
İlkin məlumata əsasən, kişi içkili vəziyyətdə olarkən kanala yıxılıb və nəticədə həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.