Argentina millisinin keçmiş üzvü Mauro İkardi 2099-cu ilə qədər, yəni 73 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Argentina millisinin sabiq futbolçusu Mauro İkardi 2099-cu ilə qədər sürücülük hüququndan məhrum edilib. Qərar Argentina Nəqliyyat Nazirliyi tərəfindən açıqlanıb.
Məlum olub ki, İkardi mikroavtobusu vaxtı ötmüş sürücülük vəsiqəsi ilə idarə edib. Bundan əlavə, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayıb və bədəninin əhəmiyyətli hissəsini avtobusun pəncərəsindən bayıra çıxarıb.
Bu pozuntuların nəticəsində forvard 73 il müddətinə, yəni 2099-cu ilə qədər sürücülük hüququndan tamamilə məhrum edilib.