Azərbaycan kişi boks millisi Sofiyada keçirilən Avropa çempionatında 5 medal qazanaraq ölkə tarixində bu yarışlarda ən yüksək nəticəyə imza atıb.
Azərbaycanın kişi boksçulardan ibarət milli komandası Bolqarıstanın paytaxtı Sofiyada davam edən Avropa çempionatında medal sayına görə tarixi nəticə göstərib. Komanda bu yarışlarda əvvəllər heç vaxt əldə etmədiyi uğura imza atıb.
Bu barədə məlumatı Azərbaycan Boks Federasiyası yayıb. 75 kiloqram çəki dərəcəsində çıxış edən Səidcəmşid Cəfərov yarımfinala vəsiqə qazanmaqla komandanın 5-ci medalını təmin edib və beləliklə tarixi rekord yaradılıb.
Bundan öncə Azərbaycan idmançıları Avropa çempionatlarında bir dəfəyə maksimum 4 medal qazana bilmişdilər. Bu nəticə 2006-cı ildə Plovdivdə, sonra isə 2013-cü ildə Minskdə göstərilmişdi.
Sofiyadaki yarışda isə 5 medalın təmin olunması Azərbaycan boksunun Avropa çempionatları tarixindəki ən yaxşı göstərici kimi qeydə alınıb.
Cəfərovdan əvvəl komandanın digər üzvləri də uğurlu çıxışlar edib:
Çempionat sentyabrın 25-də yekunlaşacaq.