Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xəzər dənizindəki hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı mesajı ünvanlayıb.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı bildirib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Zakir Həsənov mesajında Xəzər dənizində keçirilən təlimlər zamanı doqquz hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması və yeddi nəfərin itkin düşməsi xəbərinin onu dərindən kədərləndirdiyini bildirib.
“Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”
Qeyd olunur ki, hadisə həmin gün yerli vaxtla saat 11:10 radələrində baş verib. Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimi zamanı dalğalar 19 hərbçini aparıb.