Antiterror əməliyyatlarının iştirakçısı Kamal Cavadlı döyüş zamanı yaşanan bir hadisəni xatırlayıb - ərazinin təmizlənməsindən sonra evdə tək qalmış yaşlı qadınla rastlaşdıqlarını danışıb.
Antiterror əməliyyatlarının iştirakçısı Kamal Cavadlı döyüşlər zamanı yaddaşında iz salmış epizodlardan birini bölüşüb. AzTV-yə danışan hərbçinin sözlərinə görə, bu hadisə düşmən terrorçu qruplarının yerləşdiyi ərazidə aparılan axtarış tədbirləri zamanı baş verib.
Cavadlının bildirdiyinə görə, ərazi zərərsizləşdirildikdən sonra bir evdən yaşlı qadının qışqırıq səsi eşidilib. Əsgərlər evə daxil olduqda çarpayıda çarəsiz vəziyyətdə uzanmış yaşlı qadınla üzləşiblər. Məlum olub ki, doğmaları onu tək qoyub gedib.
Kamal Cavadlı o zaman qadına təskinlik vermək üçün dediyi sözləri belə xatırlayıb:
“Narahat olma. Bizim sizinlə, mülki camaatla işimiz yoxdur. Biz sənə heç nə etməyəcəyik. Səni aparacağıq, müalicə etdirəcəyik dedik”
Hərbçi bu sözlərlə qadına heç bir təhlükə yaratmadıqlarını və ona yardım göstərəcəklərini bildirdiklərini vurğulayıb.