Putin Qərbə xəbərdarlıq etdi: sülh və dostluq içində yaşayaq
19 sen 2026 Post redaksiyası 3 1 dəq

Putin Qərbə xəbərdarlıq etdi: sülh və dostluq içində yaşayaq

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini dostluq şəraitində yaşamağa çağırıb, əks halda Moskvanın adekvat addımlar atmalı olacağını bildirib.

Rusiya Prezidenti Vladimir Putin Qərb dövlətlərinə müraciət edərək, sülh və dostluq şəraitində yaşamağın vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, əks təqdirdə Rusiya müvafiq addımlar atmaq məcburiyyətində qalacaq.

Bəyanat Hərbi-Sənaye Komissiyasının iclası zamanı səslənib. Rusiya lideri Qərb ölkələrinə kəskin xəbərdarlıq ünvanlayıb.

“Sadəcə onlara demək istəyirəm ki, gəlin, daha yaxşı sülh və dostluq içində yaşayaq, yoxsa biz də cavab verməli olacağıq. Bu, hər kəs üçün aydın və dərk olunan ümumi bir həqiqət olmalıdır, yoxsa başqa cür olmayacaq”

Əvvəlki bəyanatlar

Xatırladaq ki, sentyabrın 11-də Putin Qərbin əvvəlcə Qafqazdakı terrorçuların, sonra isə Ukraynadakı “neonasist rejiminin” köməyi ilə Rusiyanı sıxışdırmaq və “əzmək” cəhdlərində olduğunu bildirmişdi.

Onun sözlərinə görə, Qərb tərəfindən bu cür cəhdlər hələ də davam etməkdədir və səngimə əlaməti göstərmir.