Sumqayıtda yaşayan şəhid baş leytenant Zamin Abbasovun atası Xaqani Abbasov, oğlunun şəhadətinin 3-cü ildönümündən bir gün sonra, sentyabrın 20-də vəfat edib.
Sumqayıtda yaşayan şəhid baş leytenant Zamin Abbasovun atası Xaqani Abbasov dünyasını dəyişib. Bu, oğlunun şəhadətinin 3-cü ildönümündən bir gün sonra, sentyabrın 20-də baş verib.
Şəhid Zamin Xaqani oğlu Abbasov 1993-cü ildə Qubadlı şəhərində dünyaya göz açıb. Ailə 31 avqust 1993-cü il tarixində Qubadlının işğalından sonra məcburi köçkün statusu ilə Sumqayıta üz tutub və həmin şəhərdə məskunlaşıb.
Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Zamin Abbasov “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülüb.
2021-2022-ci illərdə keçirilən qısamüddətli əməliyyatlar zamanı Zamin Abbasov tabeliyindəki hərbi qulluqçularla birlikdə xüsusi şücaət göstərib. 2023-cü il sentyabrın 19-da Qarabağda aparılan lokal xarakterli hərbi tədbirlər çərçivəsində Xocavənd rayonunda düşmən snayperinin açdığı atəş nəticəsində yaralanaraq şəhid olub.