Sumqayıtda "Chevrolet Malibu" markalı avtomobilin vurduğu piyada hadisə yerində həyatını itirib.
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir piyada həyatını itirib. Qəza Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, həmin ərazidə hərəkət edən "Chevrolet Malibu" markalı avtomobil yolu keçməyə çalışan piyadaya çırpılıb. Zərbədən sonra piyada aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində vəfat edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qəzanın konkret səbəbləri və hərəkət qaydalarının pozulub-pozulmaması müəyyən ediləcək.