Qusarda qətlin qatili təyyarə qurbanının qardaşıdır
24 sen 2026 Post redaksiyası 5 2 dəq

Qusarda qətlin qatili təyyarə qurbanının qardaşıdır

Qusarın Əvəcuğ-Xürəl kəndində aşkarlanan qadın meyitinin Bakı şəhər sakini Səadət Həsənovaya aid olduğu müəyyən edilib, qətldə şübhəli bilinən şəxsin isə 2024-cü ildə təyyarə qəzasında həlak olmuş bacı-qardaşın ögey qardaşı olduğu bildirilir.

Sentyabrın 23-də saat 15 radələrində Qusar rayonunun Əvəcuğ-Xürəl kəndi ərazisindəki meşəlikdə qadın meyiti tapılıb. Aparılan araşdırma nəticəsində meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya aid olduğu müəyyən olunub.

Ekspertiza zamanı qadının bədənində bıçaqla vurulmuş kəsik və deşik xəsarətləri aşkarlanıb. İstintaq göstərib ki, qətl faktiki olaraq sentyabrın 21-də Bakının Xətai rayonunda törədilib, meyit isə sonradan Qusara aparılıb.

Şübhəli şəxs saxlanılıb

Araşdırma zamanı müəyyən edilib ki, Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü Kamran Xəzər oğlu Seyidov qadını qısqanclıq zəminində bıçaqla öldürüb. Bildirilir ki, K.Seyidov əvvəllər məhkum olunub və Həsənova ilə qeyri-rəsmi nikah münasibətində olub.

Qətldən sonra Kamran Seyidov meyiti idarə etdiyi "Mercedes" markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobili ilə Qusarın meşəlik ərazisinə aparıb. Hazırda o, saxlanılıb, faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Təyyarə qəzası ilə bağlılıq

Məlum olub ki, Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaşın - 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır.

Bildirilir ki, Seyidov təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək ödəniləcək kompensasiyanın ona verilməsini tələb edirdi.