Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımızın övladları üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi çərçivəsində qeydiyyata start verib.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulan “Ana dili – Azərbaycan məktəbi” adlı təhsil layihəsinə qoşulmaq istəyənlər üçün qeydiyyat açılıb.
Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların ana dilini öyrənməsinə şərait yaratmaq, onların milli kimliyini daha yaxından dərk etməsinə kömək göstərməkdir. Bununla yanaşı, layihə milli düşüncəli insan kapitalının formalaşdırılması və qorunması istiqamətində də dəstək rolunu oynayacaq.
Layihə 6 yaşdan 18 yaşa qədər olan uşaq və gənclər üçün nəzərdə tutulub. İştirakçılar yaşlarına uyğun olaraq üç qrupa bölünəcək:
Hər bir iştirakçı öz yaşı, Azərbaycan dilini bilmə səviyyəsi və yaşadığı ölkənin vaxt zonası nəzərə alınmaqla müvafiq qrupa yönləndiriləcək. Onlayn dərslər 25 sentyabr 2026-cı il tarixindən başlayacaq və həftədə iki dəfə keçiriləcək. Dərsləri təcrübəli müəllimlər interaktiv üsulla aparacaq.
Tədris proqramı başlanğıc, orta və yüksək olmaqla üç səviyyəyə bölünüb. Qruplara yerləşdirilmədən əvvəl hər iştirakçı üçün qısa dil bilikləri yoxlaması aparılacaq ki, bu da onların uyğun səviyyəyə düzgün yerləşdirilməsini təmin edəcək.
Proqramı müvəffəqiyyətlə tamamlayan iştirakçılara Azərbaycan dili biliyi səviyyəsinə uyğun sertifikat veriləcək. Layihədə iştirak etmək istəyənlər onlayn qeydiyyat vasitəsilə müraciət edə bilərlər.