Daxili işlər naziri Vilayət Eyvazov polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirib.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər və rayon polis orqanlarında, həmçinin daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclər üçün növbəti sıra baxışına rəhbərlik edib.
Tədbir Bakı şəhərində təşkil olunub. Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclər arasından ən hazırlıqlı hesab edilən 203 nəfər seçim prosesinin növbəti mərhələsinə keçid hüququ qazanıb.
Sıra baxışında iştirak edən gənclərin qarşısında çıxış edən Vilayət Eyvazov onlara xitab edib. Nazir seçim turunun qalan mərhələlərindən də müvəffəqiyyətlə keçərək daxili işlər orqanlarında xidmətə qəbul olunacaq gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Eyvazov həmçinin gənclərə müvafiq tapşırıq və tövsiyələrini verib.