Yevlaxda Bakı-Qazax magistralının şəhər ərazisindən keçən dairəvi yol hissəsində iki yük maşını toqquşub, nəticədə bir sürücü ağır xəsarət alıb.
Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki yük maşını toqquşub. Qəza Bakı-Qazax magistralının Yevlah şəhərindən keçən dairəvi yol hissəsində qeydə alınıb.
Məlumata görə, çuğundur daşıyan yük maşını minik avtomobillərinin nəqli üçün nəzərdə tutulmuş digər yük maşını ilə toqquşub.
Qəza zamanı 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firidunov ağır xəsarət alıb. O, Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı hazırda araşdırma aparılır.