Yevlax Şəhər İcra Hakimiyyəti şəhid ailələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfərini təşkil edib.
Yevlax Şəhər İcra Hakimiyyəti şəhid ailələrinin işğaldan azad edilmiş torpaqlara səfərini ənənəvi qaydada davam etdirir. Növbəti səfər çərçivəsində Yevlaxdan olan şəhid ailələrinin üzvləri Ağdam rayonuna, həmçinin Xankəndi, Laçın və Şuşa şəhərlərinə yola salınıb.
Səfər zamanı iştirakçılar bu ərazilərdəki müxtəlif obyektləri gəzib, orada aparılan geniş miqyaslı abadlıq, quruculuq və bərpa işləri ilə tanış olub. Onlara azad edilmiş torpaqlarda yeni sosial infrastrukturun yaradılması, şəhər və rayonların tarixi görkəminin bərpası üzrə görülən işlər barədə ətraflı izahat verilib.
Şəhid ailələrinin üzvləri üçün bu səfər xüsusi mənəvi məna daşıyıb. Onlar bir zamanlar işğal altında olan torpaqların indi azad, abad və yenidən qurulan halda görülməsinin özlərində böyük qürur hissi yaratdığını bildirib.
Səfərdə iştirak edənlər azad edilmiş ərazilərdəki quruculuq işlərini yaxından izləməyin və doğma yurdun dirçəlişinin şahidi olmağın onlara xoş və unudulmaz təəssüratlar bəxş etdiyini vurğulayıb.
Bildirilib ki, belə səfərlər Vətən yolunda canından keçmiş şəhidlərin xatirəsinə hörmətin ifadəsi olmaqla yanaşı, şəhid ailələrinin mənəvi cəhətdən dəstəklənməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Səfər iştirakçılarında yaranan təəssüratların unudulmaz olduğu bir daha qeyd olunub.
Şəhid ailələri dövlət tərəfindən özlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək, bu sahədə görülən tədbirlərin vacibliyini önə çəkib. Onlar şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər:
Şəhid ailələri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.