Prezident İlham Əliyevin əfv sərəncamına əsasən fransalı vətəndaş Martin Ryan Lənkəran cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında fransalı vətəndaş Martin Ryan azadlığa çıxıb. Onun Lənkərandakı cəzaçəkmə müəssisəsindən buraxıldığı bildirilir.
Fransız vətəndaşı bu ilin martında casusluq ittihamı ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdu. Həmin vaxtdan bəri o, Lənkəran cəzaçəkmə müəssisəsində cəzasını çəkirdi.
Martin Ryanla yanaşı, prezidentin sərəncamı ilə daha dörd xarici ölkə vətəndaşı əfv edilərək azadlığa çıxarılıb. Bunlar arasında iki türkiyəli vətəndaş, bir rusiyalı və bir pakistanlı məhkum var.