Son xəbər: Tovuzda "Range Rover" iki məktəblini vurdu
ABŞ-nin Nyu-Cersi ştatında şimal-şərq fırtınasının gətirdiyi güclü yağışlar nəticəsində küçələr su altında qalıb, evlərə su dolub.
ABŞ-nin şimal-şərqini vuran güclü fırtına Nyu-Cersi ştatında ciddi daşqınlara yol açıb. Yağan leysanlar səbəbindən yollar suya qərq olub, bir sıra evlərin içinə su axıb.
Mütəxəssislərin proqnozlarına görə, fırtının ən güclü təsiri Nyu-Cersi və Delaver ştatlarında hiss olunacaq. Hava şəraitinin növbəti saatlarda da gərgin qalması gözlənilir.
Kəskin hava hadisələri ölkənin şimal-şərq bölgəsində elektrik enerjisi təchizatına da mənfi təsir göstərib. Bir sıra ərazilərdə elektrik xətləri zədələnib.
Rəsmi məlumata əsasən, hazırda 70 mindən artıq ev elektriksiz qalıb. Xidmət qurumları nasazlıqların aradan qaldırılması istiqamətində işlər aparır.