Xəzər dənizində zəlzələ baş verib, yeraltı təkanların maqnitudası 4.1 olub.
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Mərkəzin verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:13-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 4.1 təşkil edib. Yeraltı təkanların baş verdiyi dərinlik isə 46 kilometr olaraq göstərilib.