Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan" Tovuz - "Fənərbaxça" yoldaşlıq görüşünün başlama vaxtı məlum olub.
"Turan" Tovuz ilə "Fənərbaxça" arasında keçiriləcək yoldaşlıq oyununun start saatı rəsmən açıqlanıb. Bu barədə klub tərəfindən məlumat yayılıb.
Qarşılaşma oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.
Oyuna biletlərin sabahdan satışa çıxarılacağı bildirilib.