Oktyabrın 3-də Bakıda keçiriləcək "Turan Tovuz" - "Fənərbaxça" yoldaşlıq oyununun biletlərinə maraq gözləniləndən yüksək çıxıb - satışın ilk saatında 5 872 bilet alıcı tapıb.
Azərbaycan təmsilçisi "Turan Tovuz" ilə türkiyəli "Fənərbaxça" arasında keçiriləcək yoxlama xarakterli qarşılaşmaya bilet satışı bu gün start götürüb və artıq ilk saatlarda yüksək tələbatla üzləşib.
Qarşılaşma oktyabrın 3-də saat 20:00-da Bakı Şəhər Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Məhz həmin gün üçün nəzərdə tutulan biletlərin satışına bu gün başlanılıb.
"Turan Tovuz" klubunun yaydığı məlumata əsasən, satış açıldıqdan sonra cəmi bir saat ərzində 5 872 bilet realizə olunub. Bu göstərici komandaların qarşılaşmasına ictimai marağın nə qədər böyük olduğunu göstərir.