Son xəbər: Rusiyada hokkey məşqçisi ayı hücumundan öldü
Futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasına qonaq gəlib və PFL prezidenti Elxan Səmədovla görüşüb.
Futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının (PFL) qonağı olub. Bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı İsgəndər Cavadov PFL prezidenti Elxan Səmədovla bir araya gəlib. Səmimi mühitdə keçən söhbətdə tərəflər Azərbaycan futbolunun bugünkü vəziyyətini müzakirə edib, keçmiş illərə dair xatirələrini bölüşüblər.
Görüş başa çatarkən PFL prezidenti Elxan Səmədov qonağa xatirə hədiyyəsi verib. İsgəndər Cavadov isə göstərilən qonaqpərvərliyə və diqqətə görə PFL rəhbərliyinə minnətdarlığını ifadə edib.
Qeyd olunmalıdır ki, sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafına və tanıdılmasına göstərdiyi çoxillik xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə mükafatlandırılıb.