Polşanın aşağı liqa klublarından birinin futbolçusu Oskar Kordus avtomobil qəzası nəticəsində həyatını itirib.
Polşanın qərbindəki yollardan birində baş verən qəzada 20 yaşlı futbolçu Oskar Kordus dünyasını dəyişib. İdmançı ölkənin aşağı liqasında çıxış edən komandalardan birinin heyətində oynayırdı.
Kordus özü idarə etdiyi avtomobillə həmin yolla hərəkət edərkən əks istiqamətdən gələn başqa bir sürücü yola çıxan maralı vurub. Zərbənin gücü maralın havaya sıçrayaraq qarşı zolağa keçməsinə səbəb olub.
Heyvan bu zaman Kordusun idarə etdiyi maşının üzərinə düşərək ön şüşəni parçalayıb. Bu təsadüf nəticəsində gənc futbolçu ağır bədən xəsarətləri alıb.
Aldığı xəsarətlər həyatı üçün təhlükəli olduğundan Kordus qəza yerində keçinib. Maralı ilk vuran avtomobilin sürücüsü isə heç bir xəsarət almadan qəzadan sağ çıxıb.