Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı qəza baş verib, “Racing Bulls” komandasının pilotu Arvid Lidbladın bolidi baryerə dəyib.
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü zamanı pistdə qəza qeydə alınıb. “Racing Bulls” komandasının pilotu Arvid Lidbladın idarə etdiyi bolid baryerə çırpılıb.
Baş verən hadisədən sonra yürüş rəsmiləri təhlükəsizlik tədbiri olaraq qırmızı bayraq qaldırıb və sərbəst yürüş dayandırılıb.