AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, işğal dövründə Ermənistan Qarabağdakı strateji metal yataqlarını qanunsuz istismar edib və talan edib. O, 2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının bu sahədə yeni mərhələ açacağını açıqlayıb.
AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov keçirdiyi brifinqdə Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, sənəd bu sahədə yeni bir mərhələnin başlanğıcını qoyur.
İbrahimov qeyd edib ki, növbəti dörd il ərzində mineral ehtiyatların səmərəli idarə olunması, yeni yataqların iqtisadiyyata qoşulması, həmçinin hasilatdan başqa emal və metallurgiya potensialının artırılması planlaşdırılır. Bunun nəticəsində ölkə daxilində daha çox əlavə dəyər yaradılacağı vurğulanıb.
AzerGold rəhbəri bildirib ki, sovet dönəmində müəyyən edilmiş bir sıra strateji metal yataqları sonradan uzun müddət işğal altında qalıb və bu ərazidəki sərvətlərdən Ermənistan qanunsuz şəkildə faydalanıb.
“Sovet dövründə aşkar edilmiş strateji metal yataqlarının əhəmiyyətli hissəsi sonradan işğal altında qaldığından, həmin təbii sərvətlər Ermənistan tərəfindən qanunsuz istismar və talan edilib. Dövlət Proqramının icrası ilə artıq xüsusilə işğaldan azad edilmiş torpaqlarımızda yeni bir dövr başlayır. Qarabağ və Şərqi Zəngəzurda yerləşən qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir. Bildiyiniz kimi, Ağdərə rayonunun Canyataq kəndinin ərazisində yerləşən Dəmirli mis mədənində istismar işlərinə artıq başlanılıb, Kəlbəcər rayonunda yaxın dövrdə hasilatın başlanması nəzərdə tutulur. Zəngilan rayonunda mövcud ehtiyatlarının müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, resurs bazasının dəqiqləşdirilməsi və gələcək hasilat üçün zəruri texniki və infrastruktur işləri görülür”
Onun sözlərinə əsasən, azad edilmiş ərazilərdə yerləşən qiymətli metal yataqları Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir. Ağdərə rayonunun Canyataq kəndi ərazisindəki Dəmirli mis mədənində istismar artıq başlayıb, Kəlbəcərdə isə hasilatın yaxın vaxtlarda start alması planlaşdırılır. Zəngilanda mövcud ehtiyatların müasir geoloji metodlarla yenidən dəyərləndirilməsi və gələcək istehsal üçün infrastruktur hazırlığı davam etdirilir.
İbrahimov dövlət başçısının qeyd etdiyi kimi, Qarabağdan başqa ətraf rayonlarda da böyük mineral resurs ehtiyatının mövcud olduğunu bildirib. Bu səbəbdən müasir geoloji texnologiyalardan istifadə edilməklə geniş kəşfiyyat işlərinə start verildiyini və yeni yataqların aşkarlanmasının hədəflədiyini vurğulayıb.
“Prezidentin vurğuladığı 3-cü coğrafi istiqamət, Naxçıvan Muxtar Respublikasıdır Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat kifayət qədər aparılmayıb. Bu bölgəmiz də yüksək mineral potensiala malikdir və burada geoloji kəşfiyyat işlərinin geniş şəkildə başlanması Dövlət Proqramının mühüm istiqamətlərindən biridir. Sentyabrın 22-də keçirilmiş müşavirədə bu istiqamətlər üzrə Prezident tərəfindən konkret vəzifələr müəyyənləşdirildi. Xüsusilə, mövcud yataqların müasir üsullarla yenidən qiymətləndirilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, filizdən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması və sahəyə özəl investisiyaların cəlb edilməsi əsas istiqamətlər kimi diqqətə çatdırıldı”
İbrahimov əlavə edib ki, Naxçıvanda bu vaxta qədər geoloji kəşfiyyat işləri kifayət qədər aparılmayıb, halbuki bölgənin yüksək mineral potensialı var. Bu səbəbdən orada da geniş kəşfiyyat işlərinin başladılması Dövlət Proqramının vacib istiqamətlərindən sayılır.