Əli Əsədov "Bakı Biznes Mərkəzi"nin tabeliyini dəyişdi
21 sen 2026 Post redaksiyası 5 1 dəq

Əli Əsədov "Bakı Biznes Mərkəzi"nin tabeliyini dəyişdi

Baş nazir Əli Əsədov "Bakı Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarıb Mədəniyyət Nazirliyinə həvalə edən qərar imzalayıb.

Baş nazir Əli Əsədov İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların siyahılarına dəyişiklik etmək barədə qərar imzalayıb.

Yeni qərara əsasən, əvvəllər İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayıb, onun tabeliyində fəaliyyət göstərən "Bakı Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti artıq Mədəniyyət Nazirliyinin tabeliyinə keçirilib.

Nazirliklərə tapşırıq verilib

Sənəddə qeyd olunur ki, hər iki nazirlik – İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi – bu qərarla bağlı ortaya çıxa biləcək məsələləri qüvvədə olan qanunvericiliyə uyğun şəkildə tənzimləməlidir.