İlham Əliyev: Elektrik enerjisinin iri ixracatçısı olmaq istəyirik
26 sen 2026 Post redaksiyası 4 1 dəq

İlham Əliyev: Elektrik enerjisinin iri ixracatçısı olmaq istəyirik

Prezident İlham Əliyev Azərbaycanın gələcəkdə elektrik enerjisinin böyük ixracatçısına çevrilmək niyyətində olduğunu bildirib.

Dövlət başçısı İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə ölkənin enerji sektoru ilə bağlı planlarından danışıb.

Prezident bildirib ki, Azərbaycan etibarlı enerji tərəfdaşı kimi tanınmağa çalışır:

“Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik”.

Neft-qaz ixracından enerji ixracına doğru

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələr kimi məhsulları xarici bazarlara çıxarır. Onun sözlərinə görə, bölgədə bu qədər müxtəlif məhsulu eyni zamanda ixrac edən ölkələr azdır.

“Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik”.

Avropa bazarına yeni hədəf

Prezident vurğulayıb ki, ölkənin növbəti addımı elektrik enerjisi sahəsində böyük ixracatçıya çevrilməkdir. Bu istiqamətdə xüsusilə Avropa bazarı prioritet olaraq görünür.

“Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”.