Miçiqanda 30 dollara alınan rəsm 250 min dollarlıq çıxdı
21 sen 2026 Post redaksiyası 7 2 dəq

Miçiqanda 30 dollara alınan rəsm 250 min dollarlıq çıxdı

ABŞ-nin Miçiqan ştatında əmlak satışı zamanı cəmi 30 dollara alınmış kətan üzərində rəsmin sürrealist rəssam Gertruda Aberkrombinin itmiş əsəri olduğu müəyyən edilib.

ABŞ-nin Miçiqan ştatında keçirilən əmlak satışında cəmi 30 dollara satın alınmış rəsm əsərinin əslində sürrealist rəssam Gertruda Aberkrombiyə mənsub olduğu ortaya çıxıb.

Əsəri satın alan şəxs kətanın bir küncündə "Abercrombie, '51" imzasına diqqət yetirib. Bir müddət sonra o, rəssamın yaradıcılığına həsr olunmuş sərgidə həmin rəsmin fotoşəklini görüb və bu, onun şübhələrini təsdiqləyib.

Aparılan araşdırma nəticəsində əsərin doğrudan da 1951-ci ildə Gertruda Aberkrombi tərəfindən çəkildiyi rəsmi şəkildə sübuta yetirilib.

Əsərin süjeti və tarixçəsi

"Alderman Merriam's Shells" adlanan rəsmdə Çikaqo şəhər şurasının keçmiş üzvü Robert Merriamın şəxsi kolleksiyasında olan dəniz balıqqulaqları təsvir olunub. Sərgidə tapılan fotoda isə Gertruda Aberkrombinin özü əks olunub, bu da ekspertlərə əsərin tarixçəsini bərpa etməyə kömək edib.

Məlum olub ki, rəssam bu tablonu 1952-ci ildə Miçiqandan olan həkim Con Reynoldsa göstərdiyi tibbi xidmətin qarşılığı olaraq hədiyyə edib. Bundan sonra əsər təxminən 75 il ərzində həkimin ailəsində saxlanılıb.

Hərraca çıxarılır

Rəsmin hazırkı sahibi əsəri "Freeman's" auksion evinə təqdim edib. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, tablonun dəyəri 150 min dollardan 250 min dollara qədər ola bilər.