Gənc Tamaşaçılar Teatrının aktyoru, 48 yaşlı Rəşad Səfərov dərs keçərkən halının pisləşməsi səbəbindən özəl klinikalardan birinə yerləşdirilib.
Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov sağlamlıq problemi ilə üzləşərək xəstəxanaya aparılıb. Hadisə ötən gün baş verib və sənətçi dərhal özəl klinikalardan birinə yerləşdirilib.
48 yaşlı aktyorun sağlamlıq vəziyyəti ilə bağlı onunla telefon əlaqəsi saxlanılıb. Rəşad Səfərov bildirib ki, hazırkı vəziyyəti əvvəlki günlə müqayisədə xeyli yaxşılaşıb.
Sənətçi dərs zamanı qəfil ağrı hiss etdiyini və nəfəs almaqda çətinlik çəkdiyini bildirib:
Dünən dərs keçdiyim zaman kürəyimdə qəfil ağrı qopdu, sanki bıçaq saplandı. Nəfəs ala bilmirdim. İndi xeyli yaxşıyam, müalicələr davam edir. Məndə əsas problem şəkərdir. O yüksək olduğu üçün ürək-damarda da problemlərə səbəb olub. Şəkər xəstəliyi məndə ürək sıxıntıları və oksigen çatışmazlığı yaradıb
Rəşad Səfərovun sözlərinə görə, şəkər xəstəliyinin yüksək göstəriciləri ürək-damar sistemində əlavə problemlərə yol açıb. Hazırda aktyorun müalicəsi klinikada davam etdirilir.