Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Naqif Həmzəyev şəhid ailələrinin 65 yaş problemi ilə bağlı narahatlığını bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Naqif Həmzəyev şəhid ailələrinin üzləşdiyi bir problemdən danışıb.
Deputat bildirib ki, bəzi məsələlər aidiyyəti qurumlara çatdırılsa da, öz həllini tapmır.
Naqif Həmzəyev diqqətə çatdırıb ki, şəhid ailə üzvlərinin 65 yaşı tamamlandıqda, əlavə bir il işləmək üçün onların özlərinin müraciət etməli olması ciddi problem yaradır.
"65 yaş məsələsi çox ciddi problemə çevrilib. Əgər şəhid ailə üzvlərinin 65 yaşı tamam olubsa, o, Vətən üçün qəhrəman yetişdirib, onun 1 il əlavə işləməsi üçün ailə üzvü özü müraciət etməməlidir. Aidiyyəti qurumlara müraciət etdik, amma mən özüm də utandım."
Deputat qeyd edib ki, müraciətdən sonra qurumlar sürətli reaksiya versə də, praktikada gecikmə yaşanıb.
"Düzdür, qurumlar müraciətə operativ yanaşdı, amma dərsə 1 gün qalmış şəhid anası bildi ki, ona dərs saatı verməyiblər."