Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Fransa vətəndaşı Martin Ryan bu gün öz ölkəsinə qayıdıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv edilən fransalı Martin Ryan bu gün vətəninə dönüb. O, Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lernerin müşayiəti ilə ölkəsinə qayıdıb.
Martin Ryan əvvəllər Azərbaycanda casusluqda ittiham olunaraq məhkum edilmişdi. Onun məhkəməsi geniş müzakirələrə səbəb olmuşdu.
Fransa tərəfi Ryanın həbsdə saxlanılmasını əsassız adlandırıb və onun işinə baxılan məhkəmə prosesini tənqid edib. Azərbaycan isə bu iddiaları qəbul etməyib, məhkəmə prosesinin ölkə qanunlarına tam uyğun aparıldığını vurğulayıb.