İlham Əliyev “AzerGold”un Müşahidə Şurasını dəyişdi
23 sen 2026 Post redaksiyası 4 1 dəq

İlham Əliyev “AzerGold”un Müşahidə Şurasını dəyişdi

Prezident İlham Əliyev “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibinə dair əvvəlki sərəncamda dəyişiklik edib.

Prezident İlham Əliyev “AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibinə dair 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamda dəyişiklik edən yeni Sərəncam imzalayıb.

Şuranın tərkibində kim dəyişdi?

Yeni imzalanan sənədə əsasən, Müşahidə Şurasının üzvü olan İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov bu vəzifədən çıxarılıb.

Onun yerinə Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyev Müşahidə Şurasının tərkibinə daxil edilib.