Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi haqqında Fərman imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dövlət ümumi təhsil müəssisələrində maliyyələşmənin yeni modelinə keçid barədə Fərman imzalayıb. Sənədə əsasən, 2026-2027-ci tədris ilindən etibarən dövlət büdcəsi hesabına maliyyələşmə mərhələ-mərhələ adambaşına prinsipinə keçəcək.
Bu qaydaya uyğun olaraq, hər bir təhsilalana düşən illik təhsil xərcləri təhsil müəssisəsinin növündən asılı olaraq hesablanacaq. Bundan əlavə, ümumi təhsilin müxtəlif səviyyələri üçün həmin xərclərə artım əmsalı tətbiq ediləcək.
Fərmana görə, Nazirlər Kabineti bir aylıq müddətdə bir sıra qaydaları hazırlayıb təsdiqləməli və bu barədə dövlət başçısına məlumat verməlidir. Bu qaydalar sırasına aşağıdakılar daxildir:
Bundan başqa, Nazirlər Kabineti Fərmandan yaranan digər məsələləri də həll etməyə borcludur.
Elm və Təhsil Nazirliyi hər il növbəti təqvim ili üçün adambaşına maliyyələşmə prinsipi ilə maliyyələşəcək dövlət ümumi təhsil müəssisələrinin siyahısını, eləcə də həmin müəssisələrdəki təhsilalanların sayını müəyyən edəcək. Bu proses Maliyyə Nazirliyi ilə razılaşdırma yolu ilə həyata keçiriləcək.
Öz növbəsində, Maliyyə Nazirliyinin öhdəsinə Fərmanın icrası ilə bağlı bütün tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin təmin olunması qoyulub.