Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüş Tehranda ciddi müzakirələrə səbəb olub.
Bir neçə gün əvvəl Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşüb. Tasnim agentliyinin məlumatına görə, bu görüş İranın daxilində sərt reaksiyalara və müzakirələrə yol açıb.
Məlumata əsasən, XİN rəhbəri amerikalı rəsmi ilə görüşməzdən əvvəl ölkənin müvafiq siyasi qurumlarından, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasından icazə almayıb. Bu fakt İranda ciddi narahatlıq yaradıb.
Əraqçinin bu addımı ölkə daxilində İranın milli maraqlarına “zidd addım” kimi qiymətləndirilib. Bununla bağlı naziri özünün hərəkətlərinə görə izahat verməyə çağırıblar.
Bildirilib ki, əvvəlcədən təsdiqlənmiş plana görə, danışıqlar yalnız İranın irəli sürdüyü yeddi şərtin vasitəçilər tərəfindən qarşı tərəfə çatdırılması ilə məhdudlaşmalı idi. Lakin real görüşün gedişi bu çərçivədən kənara çıxıb.