İtalyanın “İnter” klubunun tarixi futbolçularından olan Sandro Matsola 83 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı Milan təmsilçisinin mətbuat xidməti yayıb.
İtalyanın “İnter” klubunun tarixi futbolçularından olan Sandro Matsola 83 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı Milan təmsilçisinin mətbuat xidməti yayıb.
Sabiq italyalı hücumçu bütün peşəkar futbol həyatını “İnter” formasında keçirib. 1960-1977-ci illər arasında komandanın heyətində olan Matsola bu müddətdə 565 rəsmi qarşılaşmada meydana çıxıb və 162 dəfə fərqlənib.
Matsola “İnter” formasında dörd dəfə İtaliya çempionluğuna, iki dəfə isə Avropa Kubokuna imza atıb. 1964-cü ildə “Real Madrid”lə oynanan final qarşılaşmasında iki qol vuran futbolçu komandasının 3:1 hesablı qələbəsində həlledici rol oynayıb.
İtaliya milli komandasında 70 oyunda forma geyinən Matsola bu müddətdə 22 qol vurmağı bacarıb. O, 1968-ci ildə millilərlə birgə Avropa çempionu adını qazanıb, 1970-ci ildə keçirilən dünya çempionatında isə komandasını finala qədər aparıb.
Aktiv futbolçuluq karyerasına son qoyduqdan sonra Matsola “İnter”də idman direktoru vəzifəsində fəaliyyət göstərib.