Azərbaycan sərhəd mühafizəsinin inkişafında böyük xidmətləri olan, "Azərbaycan Bayrağı" ordenli general-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi baş tutub.
Azərbaycan sərhəd qoşunlarının təşəkkülü və möhkəmlənməsi yolunda əvəzsiz xidmətlər göstərmiş general-mayor İsgəndər Allahverdiyev əbədi istirahətə qoyulub. Bu barədə Dövlət Sərhəd Xidməti açıqlama yayıb.
Mərhumun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda təşkil olunub. Tədbirdə general-mayorun ailə üzvləri, qohumları və dostları iştirak edib.
Mərasimə Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli nümayəndələri qatılıb. Bundan başqa, hərbi qulluqçular, təcrübəli sərhədçi-veteranlar, müxtəlif dövlət qurumlarının işçiləri və geniş ictimaiyyət nümayəndələri də son mənzilə yola salma mərasimində yer alıb.
Mərasim çərçivəsində general-mayorun Azərbaycan dövlətçiliyi qarşısındaki xidmətləri, eləcə də təhlükəsizlik və sərhəd qoruma strukturlarında göstərdiyi fəaliyyət diqqətə çatdırılıb. İştirakçılar mərhumun xatirəsini böyük ehtiramla yad edib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı diləkləri bildirilib.