Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqlarının artırılması məqsədilə illik 550 milyon manatadək vəsait yönəldiləcək.
Müdafiə Nazirliyində çalışan bütün hərbçilərin maaşlarının artırılması üçün dövlət büdcəsindən 550 milyon manatadək əlavə vəsait ayrılacaq. Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev komitənin bu gün keçirilən iclasında məlumat verib.
Nağıyevin sözlərinə görə, aparılan yeni islahat tədbiri çərçivəsində hərbçilərin əməkhaqqları vergilər və digər icbari ödənişlər tutulduqdan sonra orta hesabla 22,8% yüksələcək.
“Yeni islahat tədbiri nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. Bu artımlar üçün illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılacaq”, - komitə sədri qeyd edib.
Komitə sədrinin bildirdiyinə görə, bu artım üçün nəzərdə tutulan məbləğ dövlət büdcəsindən illik əsasda ayrılacaq.