Millət vəkili Anar Məmmədov Tərtərdə qazini ziyarət etdi
25 sen 2026 Post redaksiyası 7 1 dəq

Millət vəkili Anar Məmmədov Tərtərdə qazini ziyarət etdi

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaradağlı kəndində yaşayan I Qarabağ müharibəsi qazisi Niyazi Qurbanovun ailəsini ziyarət edib.

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Qaradağlı kəndinə səfər edərək I Qarabağ müharibəsi qazisi, I qrup əlil Niyazi Əlövsət oğlu Qurbanovun ailəsi ilə görüşüb.

Görüşdə Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, «Qarabağ Müharibəsi Veteranları» İctimai Birliyinin nümayəndələri, həmçinin şəhid ailələri və digər qazilər də iştirak edib.

Qazinin müraciəti dərhal həllini tapıb

Niyazi Qurbanov hərəkət məhdudiyyəti olduğu üçün əlil arabasından istifadə edir. Görüş zamanı o, millət vəkilinə müraciət edərək yaşadığı həyətyanı sahədən ana yola qədər olan hissənin asfaltlanmasını xahiş edib.

Anar Məmmədov məsələni dərhal diqqətə alıb. Qısa müddət ərzində qazinin evinə aparan həmin ərazi asfaltlanaraq istifadəyə verilib.

Qazi ailəsi minnətdarlığını bildirdi

Göstərilən diqqət və qayğıdan razı qalan qazi və onun ailə üzvləri ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.