Tramp Ağ Evdə Si Cinpinin yanında Baydeni lağa qoydu
25 sen 2026 Post redaksiyası 9 2 dəq

Tramp Ağ Evdə Si Cinpinin yanında Baydeni lağa qoydu

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Çin Sədri Si Cinpinlə keçirdiyi görüş zamanı sələfi Cozef Baydenlə bağlı zarafat edib.

Vaşinqtonda dövlət səfərində olan Çin Sədri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş bir sıra qeyri-adi məqamlarla diqqət çəkib.

Tramp qonağını əvvəlcə Ağ Evdəki “Prezidentlərin şöhrət xiyabanı”nda yerləşən lövhələrlə tanış edib. Bu zaman o, 46-cı ABŞ lideri Cozef Baydenin şəklinin yerinə fotoda görünən avtoqələmə işarə edərək belə deyib:

“Bu isə avtoqələmdir. Baydendir”.

Si Cinpin bu sözlərdən sonra gülüşünü saxlaya bilməyib.

Tramp Çin liderinə qartal heykəli hədiyyə edib

Si Cinpinin rəsmi dövlət səfəri münasibətilə keçirilən təntənəli qəbul zamanı Tramp Çin Sədrinə ABŞ-nin rəmzlərindən sayılan ağbaş qartalı təsvir edən heykəl bağışlayıb. Hədiyyəni təqdim edərkən ABŞ lideri bildirib:

“Onun dizaynı Melaniya (ABŞ-nin birinci xanımı Melaniya Tramp - red.) və mənim şəxsi iştirakımla hazırlanıb. Ağbaş qartal ABŞ-nin milli simvoludur. O, Amerikanın azad və uca ruhunu simvolizə edir. Ümid edirik ki, onun üçün Pekində gözəl bir yer tapılacaq. Bu sizin şərəfinizədir”.

Səfərin təqvimi

Qeyd edək ki, Çin Sədri Si Cinpinin ABŞ-yə sentyabrın 23-də başlayan dövlət səfəri bu gün başa çatacaq. Ötən gün isə Ağ Evdə hər iki dövlət başçısının görüşü baş tutub.