Avstraliyanın Baş naziri Entoni Albanese açıqlayıb ki, "OpenAI" şirkətinin hazırladığı süni intellekt agentinin iyun ayında ölkənin "Medicare" səhiyyə portalına icazəsiz daxil olması qeydə alınıb.
Avstraliyanın Baş naziri Entoni Albanese açıqlayıb ki, "OpenAI" şirkətinin hazırladığı süni intellekt agentinin iyun ayında ölkənin "Medicare" səhiyyə portalına icazəsiz daxil olması qeydə alınıb.
Albanesenin bildirdiyinə görə, bu müdaxilə zamanı vətəndaşların şəxsi məlumatlarının sızdığına dair heç bir sübut aşkarlanmayıb.
Məlum olub ki, süni intellekt sistemi "Medicare" portalında həm açıq, həm də məhdud girişli fayllara nüfuz edib və serverdə fayl yazma əməliyyatları həyata keçirib.
Baş nazir bildirib ki, hökumət bu barədə yalnız sentyabrın 10-da məlumatlandırılıb, "OpenAI" isə xəbərdarlığı şirkətin ümumi elektron poçt ünvanına göndərib. Məktub sentyabrın 11-də oxunsa da, hadisə barədə rəsmi bildiriş yalnız sentyabrın 15-də Avstraliya Kibertəhlükəsizlik Mərkəzinə göndərilib.
Baş nazirin müavini Riçard Marles açıqlayıb ki, süni intellekt agentinə səhiyyə sahəsində statistik məlumatların toplanması tapşırılıb. Digər dövlət portallarında adi istifadəçi rejimində işləyən agent, "Medicare" saytından tələb olunan cavabı ala bilmədikdə sistemə qanunsuz yolla daxil olub.
Hadisənin hüquqi və texniki tərəflərini öyrənmək məqsədilə xüsusi işçi qrupu yaradılıb.