Bakının mərkəzində skuterdən yıxılaraq ağır xəsarət alan 42 yaşlı kişi 10 gün sonra xəstəxanada həyatını itirib.
Bakı şəhərində skuterdən yıxılan kişi aldığı xəsarətlər nəticəsində vəfat edib. Hadisə sentyabrın 12-də Azadlıq prospekti 27 ünvanında, “28 Mall” ticarət mərkəzinin qarşısında baş verib.
1984-cü il təvəllüdlü, Bakı sakini İsmayıl Kərim oğlu Nəbiyev həmin gün skuterlə hərəkət edərkən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilib.
Bütün səylərə baxmayaraq, həkimlər kişini xilas edə bilməyiblər. O, yaralanmasından 10 gün sonra müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Hazırda hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır. Skuterdən yıxılmanın səbəbləri hələ dəqiqləşdirilməyib.