Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində ağır qəza qeydə alınıb.
Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza "Masazır dairəsi" adlanan yol qovşağının üzərində yerləşən körpüdə qeydə alınıb.
Məlumata görə, həmin məkanda minik avtomobili yük maşını ilə toqquşub. Güclü zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yolun kənarındakı metal maneələrə çırpılaraq aşıb.
Hazırda hadisə nəticəsində kimin öldüyü və ya xəsarət aldığı barədə rəsmi məlumat açıqlanmayıb. Qəzanın səbəbləri müəyyən edilir.
Mövzu ilə bağlı yeni məlumatlar əldə edildikcə xəbər yenilənəcək.