Azərbaycanlı boksçu Sübhan Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Bu, Azərbaycan boksuna 15 ildən sonra gələn ilk böyüklər arası Avropa çempionluğudur.
Azərbaycanlı boksçu Sübhan Məmmədov 50 kiloqram çəki dərəcəsində yarışaraq Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında birinci yerə çıxıb.
Dünya çempionu və U-23 yaş qrupu üzrə Avropa çempionatının qalibi olan idmançı final qarşılaşmasında rusiyalı rəqibi Bair Batlayevlə üz-üzə gəlib.
Üç raundun hər birini öz xeyrinə başa vuran Məmmədov hakimlərin 4:1 üstünlüklə verdiyi qərarla qalib elan olunub. Raundlar üzrə xal bölgüsü belə olub: 30:27, 29:28, 28:29, 30:27, 29:28.
Qələbədən sonra Sofiyada Azərbaycan Dövlət Himni səsləndirilib.
Sübhan Məmmədovun bu uğuru Azərbaycan boksu üçün 15 il sonra əldə edilən ilk böyüklər arası Avropa çempionluğu olub.
Ölkəmizin nümayəndələri sonuncu dəfə 2011-ci ildə bu titula yiyələnmişdi — o zaman Salman Əlizadə və Teymur Məmmədov böyüklər arasında Avropa çempionu adını qazanmışdı.