Mikayıl Cabbarov: Azərbaycan etibar üzərində iş qurub
25 sen 2026 Post redaksiyası 8 3 dəq

Mikayıl Cabbarov: Azərbaycan etibar üzərində iş qurub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkə bütün əməkdaşlıqlarını etibar prinsipi üzərində qurub və bu yanaşma regionlararası uzunmüddətli tərəfdaşlıqların əsasını təşkil edir.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edərək ölkənin xarici tərəfdaşlarla münasibətlərinin əsas prinsiplərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın bütün fəaliyyəti etibar üzərində qurulub və bu, uzunmüddətli əməkdaşlıqların, o cümlədən regionlararası əlaqələrin təməlini təşkil edir.

Etibar və uzunmüddətli öhdəliklər

Nazir qeyd edib ki, belə əlaqələr həm tranzit imkanlarını, həm də ölkələr arasında əlaqələndirməni gücləndirir. O, son illərdə dünyada yaşanan geosiyasi çətinliklərə də toxunub.

“Son 6 il ərzində pandemiyadan sonra geosiyasi gərginliklərin şahidi olduq. Hər kəs güclü dəyər zəncirinin formasını təmin etmək üçün istehsalı daha da dərinləşdirir və kiçik iqtisadiyyatlar təbii ki, beynəlxalq gəlirlər və ticarəti açıq saxlamağa can atır. Biz inanırıq ki, dövlətlər bütün riskləri aradan qaldıra bilməz. Onların siyasətləri daha proqnozlaşdırıla biləndir. Bu da təbii ki, hörmətə layiq bir məsələdir. Biz etibar olunmanın üzərində dururuq. Biz uzunmüddətli öhdəliklərimizin yerinə yetirilməsinə çalışırıq.”

Enerji sahəsində beynəlxalq etimad

Mikayıl Cabbarov Azərbaycanın enerji sektorundakı nailiyyətlərini Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı Əsrin Müqaviləsinə istinadən izah edib.

“Əsrin müqaviləsində, bildiyiniz kimi, Ümumilli Lider Heydər Əliyev beynəlxalq enerji şirkətlərini dəvət edərək gözəl tərəfdaşlıq modeli qurub. Azərbaycan enerji şirkətləri ilə böyük imkanlar yaradıb. Biz 31 ildən çoxdur ki, tərəfdaşlarla birlikdə işləyərək təkcə sosial-iqtisadi inkişafa töhfə verməmişik, həmçinin də regionda və region hüdudlarından kənarda etibarlı enerji təchizatçısı kimi tanınmışıq. Bu gün Azərbaycan 16 ölkəyə - onların 10-u Avropa İttifaqının özüdür - enerji təchiz edir. Azərbaycanın coğrafi regionuna görə Azərbaycan lider ölkəyə çevrilib.”

Nazir əlavə edib ki, Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələrin sayı isə daha çoxdur. Onun sözlərinə görə, ənənəvi enerji istehsalı ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də yeni investisiyalar cəlb olunur.

Makroiqtisadi sabitlik investorlar üçün zəmin yaradır

Cabbarov Azərbaycanın investisiya cəlbediciliyinin ikinci mühüm istiqaməti kimi siyasi və makroiqtisadi sabitliyi göstərib.

“Biz inanırıq ki, investorlara etibarlı və əlverişli şərtlər lazımdır ki, onlar bunu reallaşdıra bilsinlər. Azərbaycanın yerli stabilliyi təbii ki, onun üçün gözəl bir zəmin yaradır. Dövlət borcunun az olması, maliyyə resurslarının olması, o cümlədən proqnozlaşdırılabilən siyasətdir, güclü bir fundament yaradır, Geosiyasi prosesləri daha da gücləndirir və bu günümüzün reallığına çevrilir.”

Nəqliyyat dəhlizləri və proqnozlaşdırılan marşrutlar

Nazir üçüncü mühüm amil kimi nəqliyyat marşrutlarının proqnozlaşdırıla bilən olmasını və qaydaların şəffaflığını qeyd edib. O, bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Xəzər dənizindəki gəmiçilik əməliyyatlarının rolunu vurğulayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərdəki gəmiçilik güc daşımaları Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirir. Biz tərəfdaşlarla birgə işləyərək təhlükəsiz və etibarlı marşrut qura bilmişik və hər il yükdaşımaların həcmi artır.”