ABŞ Prezidenti Donald Tramp Vaşinqton, Danimarka və Qrenlandiya arasında ada ilə bağlı razılaşma əldə edildiyini bəyan edib.
Donald Tramp "Truth Social" şəbəkəsindəki paylaşımında ABŞ, Danimarka və Qrenlandiya tərəfləri arasında yeni sazişin imzalandığını bildirib. Onun sözlərinə görə, bu saziş çərçivəsində Amerika Birləşmiş Ştatları adada ciddi hərbi iştirak təmin edəcək.
Prezidentin açıqlamasına əsasən, sazişdə vacib şərtlərdən biri də ondan ibarətdir ki, başqa dövlətlər Vaşinqtonun icazəsi olmadan Qrenlandiyada hərbi qurğu qura bilməyəcək. Bundan başqa, strateji xarakter daşıyan investisiya layihələri də ABŞ-nin təsdiqi olmadan həyata keçirilə bilməyəcək.
Tramp qeyd edib ki, tərəflər arasında razılaşdırılan bu saziş zaman baxımından heç bir çərçivə ilə bağlanmayıb. Yəni sazişin qüvvədə qalma müddəti sonsuzdur.
ABŞ liderinin sözlərinə görə, bu addım Vaşinqtona həm Qrenlandiyanın, həm də Amerikanın təhlükəsizlik maraqlarını qorumaq üçün adada lazımi tədbirləri görmək imkanı yaradacaq.