ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin "Newsmax" telekanalına verdiyi müsahibəni öz sosial media hesabında yayımlayıb.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Newsmax" nəşrinə verdiyi müsahibəni özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşıb.
Tramp müsahibəni öz hesabında aşağıdakı başlıqla təqdim edib:
Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür
Hikmət Hacıyev bu müsahibəni ötən həftə verib. Müsahibə zamanı o, Donald Trampın Azərbaycan ilə Ermənistan arasında sülh prosesində oynadığı rol barədə danışıb.