“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin Azərbaycanda rəsmi satışı başlayıb. “Kontakt”ın İnşaatçılar mağazasında sentyabrın 24-dən 25-nə keçən gecə saat 00:01-dən etibarən yeni telefonlara böyük maraq yaranıb.
“iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin Azərbaycanda rəsmi satışı başlayıb. “Kontakt”ın İnşaatçılar mağazasında sentyabrın 24-dən 25-nə keçən gecə saat 00:01-dən etibarən yeni telefonlara böyük maraq yaranıb.
Qafqazın ilk rəsmi “Apple Shop” mağazası kimi tanınan bu məkanda gecə saatlarında satışlar rəsmən açılıb və ilk andan böyük maraqla qarşılanıb. Ölkənin aparıcı pərakəndə satış şəbəkəsi olan “Kontakt” bu addımla artıq 4-cü ildir ki, “iPhone” satışında öz rekordunu yeniləyib.
Elə həmin gecə ön sifariş üçün ayrılmış bütün “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modelləri qısa müddətdə alıcı tapıb. Rəng seçimlərində “Burgundy” və “Black” tonları alıcıların ən çox üstünlük verdiyi variantlar olub. “Kontakt” tərəfindən hazırlanan hədiyyələr isə alıcıların sevincinə əlavə olub.
Hər iki modelin rəng və yaddaş seçimləri mütəmadi olaraq yenilənir, satış davam etdikcə yeni partiyalar mağazalara daxil olur. Yeni telefon almaq istəyənlər həm “Kontakt” mağazalarına müraciət edə, həm də kontakt.az saytı üzərindən sifariş verə bilərlər.
Yeni modellər 18 ay faizsiz taksitlə, aylıq 199 manat 44 qəpikdən başlayan ödəniş şərtləri ilə təklif olunur. Alış-verişi onlayn kredit vasitəsilə də rəsmiləşdirmək mümkündür. kontakt.az saytından sifariş edənlər üçün proses daha da sadələşdirilib.
Şərtlərə cavab verən məhsullar, o cümlədən smartfonlar, sifarişdən sonra 2 saat ərzində ünvana çatdırılır və çatdırılma xidməti pulsuzdur. Onlayn alınmış məhsulu qablaşdırması zədələnməyibsə, 30 gün ərzində geri qaytarmaq mümkündür.
“Kontakt” şəbəkəsində təmsil olunan bütün brendlər və tərəfdaşlar rəsmi statusa malikdir, məhsullar isə rəsmi zəmanətlə satışa çıxarılır. Əgər eyni məhsul başqa rəsmi dilerdə daha ucuz qiymətə rast gəlinərsə, yaranan qiymət fərqinin 120 faizi müştəriyə geri ödənilir.
Qeyd edək ki, “Kontakt” Azərbaycanda “Apple” brendinin rəsmi satış tərəfdaşı statusunu daşıyır. Şirkətin “İnşaatçılar” və “Bakıxanov stansiyası” mağazalarında fəaliyyət göstərən rəsmi “Apple Shop”larda müştərilər cihazları yaxından tanıma imkanı əldə edir.
Bu mağazalarda “Apple” məhsulları vahid ekosistem formasında nümayiş etdirilir. Ziyarətçilər cihazların bir-biri ilə necə qarşılıqlı işlədiyini yerində sınaqdan keçirə, brendin beynəlxalq təlim proqramlarından keçmiş mütəxəssislərdən seçim və istifadə barədə məsləhət ala bilirlər.