"Expressbank" biznesini böyütmək istəyən mikro və aqro sahibkarlar üçün 100 000 manatadək məbləğdə kredit məhsulu təqdim edib.
"Expressbank" fəaliyyətini genişləndirmək və maliyyə ehtiyaclarını ödəmək istəyən mikro və aqro sahibkarlara yeni kredit imkanı açıb. Yeni məhsul çərçivəsində sahibkarlar 100 000 manatadək vəsaiti 48 ay müddətinədək geri qaytarmaq şərti ilə əldə edə bilərlər.
Məhsulun mühüm xüsusiyyətlərindən biri 18 ayadək tətbiq olunan güzəşt dövrüdür. Bu müddət ərzində müştərilər kreditin əsas məbləği üzrə ödəniş etməkdən azad olur və vəsaitlərini birbaşa biznesin inkişafına yönəldə bilirlər.
Kredit aşağıdakı sahələrdə fəaliyyət göstərən sahibkarlara təklif olunur:
Mikro kredit götürən sahibkarlar sığorta haqqı və hesab açılışı ilə bağlı xərclərdən tamamilə azad olunurlar. Bundan əlavə, vəsaiti bir dəfəyə deyil, tranşlarla götürmək imkanı da mövcuddur. Sahibkarlar öz maliyyə vəziyyətinə uyğun olaraq sərbəst ödəniş qrafiki də formalaşdıra bilərlər. Biznesin qiymətləndirilməsi mərhələsində isə heç bir əlavə ödəniş tələb olunmur.
Kredit məhsulunun şərtləri, müraciət qaydaları və digər təfərrüatlarla bankın rəsmi internet səhifəsində — exb.az/mikrokredit ünvanında tanış olmaq mümkündür.
"Expressbank" hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəran şəhərlərində olmaqla ümumilikdə 18 filial vasitəsilə fəaliyyətini davam etdirir. Bankın təklif etdiyi məhsul və xidmətlər barədə ətraflı məlumatı www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən, habelə bankın "Instagram", "Facebook", "LinkedIn" və "Telegram" hesablarından əldə etmək mümkündür.
"Expressbank" ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş 119 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bankın hüquqi ünvanı: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.